Gələcəyə baxış
Beynəlxalq daşınma standartları ilə regionun hərəkət gücünə çevrilmək
“Norm Logistics” operativ, təhlükəsiz, etibarlı daşınma xidmətləri ilə layihələrinizin logistika tərəfdaşı olmaq arzusundadır.
- Çoxşaxəli və irihəcmli daşınmalar üçün imkanlar
- Dayanıqlı inkişafı dəstəkləyən xidmət
- Təhlükəsizliyin, etibarın təminatı
Norm keyfiyyəti
Sement sənayesinin lideri və inşaat materialları istehsalının digər seqmentlərinə inteqrasiya olunan böyük sənaye müəssisəsi kimi, logistika sahəsində də peşəkar təcrübə və çevik həllər təklif edirik. “Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Möhkəm tərəfdaşlıq
Tərəfdaşlarımıza hər layihəyə fərdi yanaşma tətbiq etməklə, ən uyğun logistika həlləri təklif edirik. Bu həllərlə yüklərinizin fasiləsiz hərəkətini təmin edirik.
Planlı logistika
Peşəkar idarəetmə və planlı yanaşmamızla mürəkkəb şərtlərdə belə, beynəlxalq standartlara cavab verən xidmətlər təqdim edirik.