Missiyamız müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətləri çevik, təhlükəsiz, şəffaf logistika həlləri ilə
təmin etməkdir.
Təhlükəsizliyə zəmanət
Yüklərin daşınması prosesində təhlükəsizlik standartlarına ciddi riayət edirik.
Sabit xidmət təminatı
Müasir avtopark və peşəkar sürücü heyəti ilə xidmətlərin fasiləsiz və etibarlı şəkildə həyata keçirilməsini
təmin edirik.
Ekoloji təmiz modelin tətbiqi
Ətraf mühitə təsirin azaldılmasına yönəlmiş strategiyamızla dayanıqlı və məsuliyyətli logistika
fəaliyyətini dəstəkləyirik.
Müasir texnologiyaların istifadəsi
Rəqəmsal həllər və innovativ texnologiyalar vasitəsilə əməliyyatların operativliyini və şəffaflığını təmin
edirik.
Norm Logistics müştərilərə ən yüksək standartlarda xidmət göstərmək üçün daşınmanın hər mərhələsinə xüsusi yanaşır.
Silo tipli nəqliyyat vasitələrində avtomatik qapaqlar
Sementdaşıyan nəqliyyat vasitələrində avtomatik qapaqlar yükləmə və boşaltma proseslərində insan
müdaxiləsini minimuma endirir və təhlükəsizliyi təmin edir.
Çətin relyefli marşrutlarda təcrübə
Norm Logistics-in dağlıq və mürəkkəb relyefli ərazilərə çatdırılma ilə bağlı üstün təcrübəsi mövcuddur.
Şirkət yol, tunel, körpü və digər infrastruktur layihələrinə çoxsaylı daşınmalar həyata keçirir.
Nəqliyyat vasitələrinə texniki baxış
Nəqliyyat vasitələri xəttə çıxmazdan əvvəl daxili texniki xidmət tərəfindən yoxlanılır və planlı texniki
xidmət rəsmi distributor vasitəsilə həyata keçirilir.
Heyətin tibbi yoxlanışı
Hər daşınmanın icrasından qabaq sürücü heyət müvafiq tibbi yoxlanışdan keçir və sağlamlıqla bağlı rəsmi
arayış əldə edərək fəaliyyətə başlayır.
Korporativ müştərilər üçün fərdi yanaşma
Hər bir müştəriyə yükünün növünə, həcminə, daşınma istiqamətinə, təhlükəsizlik tələblərinə və əməliyyat
qrafikinə uyğun fərdi logistika həlləri təqdim olunur.