Sənayedə əsl hərəkət

01/04
01
02
03
04

Regional logistikada çevik həllər təklif edirik.

“Norm Logistics” MMC müştərilərə müxtəlif sahələrdə peşəkar logistika həlləri təqdim edir. Müasir MAN yük avtomobili ilə təchiz olunmuş avtoparkımız AVRO 6 ekoloji standartlarına tam şəkildə uyğun fəaliyyət göstərir. Burada bütün nəqliyyat vasitələri süni intellektlə dəstəklənən GPS izləmə sistemi ilə təchiz edilib və monitorinq texnologiyası ilə idarə olunur. Peşəkar sürücü heyəti ilə müştərilərə maksimum keyfiyyət və təhlükəsizlik təmin edirik.

Xidmətlərimiz

İnert materiallarının daşınması

Özüboşaldan qoşqular infrastruktur layihələri üçün inert materiallarının daşınmasında istifadə olunur. Çətin relyefli ərazilərə, sərt qrafiklər əsasında vaxtında çatdırılma təmin edilir.

Aqrar məhsulların daşınması

Kənd təsərrüfatı məhsullarının təhlükəsiz və operativ daşınması həyata keçirilir. Geniş nəqliyyat parkımız və çevik logistika həllərimiz sayəsində mövsümi yüklənmələr zamanı da vaxtında və fasiləsiz tədarük üstünlüyü təqdim olunur.

Qalaq sementinin daşınması

Sement zavodlarından beton istehsalı müəssisələrinə və iri tikinti layihələrinə sementin daşınması həyata keçirilir. Daşınma zamanı məhsulu keyfiyyəti qorunur. Dəqiq planlaşdırılmış logistika sayəsində müştəriyə vaxtında və stabil tədarük üstünlüyü təmin edilir.

Paletli materialların daşınması

Paletli və böyük kisələrdə məhsulların daşınması xidməti tikinti, sənaye, enerji və neft-qaz layihələrinə təmin edilir. Vaxta və əməliyyat xərclərinə qənaət müştəri üçün üstünlük təmin edir.

Təhlükəli yüklərin daşınması

Bu xidmət müxtəlif növ təhlükəli yüklərin daşınmasını əhatə edir. Daşınma beynəlxalq təhlükəsizlik standartlarına və yerli qanunvericiliyin tələblərinə tam şəkildə uyğun həyata keçirilir. Risklər xüsusi nəzarət altında saxlanılır və daşınmalara xüsusi təlim keçmiş, sertifikatlı sürücü heyəti cəlb edilir.

Müxtəlif təyinatlı daşınmalar

Nəqliyyat vasitələrimiz paletli yüklərin qablaşdırılmış materialların, kommersiya yüklərinin və s. daşınmasını həyata keçirir.

0M+ Ton daşınma
0+ İnfrastruktur layihəsi
0/7 Xidmət

Üstünlüklərimiz

Süni intellekt vasitəsilə canlı monitorinq

Müasir avtopark

7/24 dispetçer nəzarəti

GPS izləmə və telematika sistemi

Peşəkar sürücü heyəti

İştirak etdiyimiz layihələr

Norm Logistics müxtəlif təyinatlı – kənd təsərrüfatı, infrastruktur, sənaye, enerji, neft-qaz və tikinti layihələrinə daşınma xidmətləri həyata keçirir. Şirkətin təcrübəsi yol, tunel, körpü və digər inşaat layihələrindən tutmuş beton zavodlarına, enerji infrastrukturuna, suvarma sistemlərinə, aqrar istehsala qədər xüsusi sənaye yüklərinin, iriölçülü və ağırtonnajlı yüklərin, eləcə də kommersiya yüklərinin daşınması istiqamətlərini əhatə edir.

Ətraflı

Zəfər yolu

İlkin hesablamalara əsasən uzunluğu 101,5 km təşkil edən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinə 2020-ci ilin noyabrında start verilmişdir. Füzuli şəhərindən Şuşa şəhərinə uzanan bu yolun inşası layihəsinə sement daşınmalarının bir hissəsində Norm Logistics də iştirak etmişdir.

Zəfər yolu

Dövlət bayrağı meydanı

Bakının Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkında 2024-cü ildə yeni bayraq dirəyi qurulması çərçivəsində aparılan inşaat işlərinə sementin daşınması Norm Logistics tərəfindən aparılmışdır.

Dövlət bayrağı meydanı

Murovdağ tuneli

Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən avtomobil tunelinin inşasına 2021-ci ilin avqustunda başlanılmışdır. Strateji əhəmiyyət daşıyan və uzunluğu 11,6 kilometr olan bu tunelin inşası layihəsi çərçivəsində daşınmalarda Norm Logistics də iştirak etmişdir.

Murovdağ tuneli

Şirvan suvarma kanalı

Şirvan kanalının yenidən qurulması layihəsinə Prezidentin 15 aprel 2024-cü il tarixli sərəncamına uyğun olaraq başlanılmışdır və tikinti-quraşdırma işlərinin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində daşınmalarda Norm Logistics də iştirak edir.

Şirvan suvarma kanalı

Bizim müştərimiz olun