Xidmətlər
- İnert materiallarının daşınması
- Qalaq sementinin daşınması
- Paletli materialların daşınması
- Təhlükəli yüklərin daşınması
Şirkət bir çox istiqamətlərdə - tikinti, infrastruktur, sənaye, neft-qaz, aqrar və s. sektorlara daşınma xidmətləri göstərir.
Norm Logistics layihə əsaslı müxtəlif ağır tonnajlı yüklərin, həmçinin sement məhsulları, inert materialları, paletli məhsullar, böyük kisələrdə məhsullar, kənd təsərrüfatı məhsulları, xüsusi nəzarət tələb edən sənaye yükləri, tikinti materialları, təhlükəli yüklər və digər kommersiya yüklərinin daşınmasını həyata keçirir.
Daşınma xidmətləri Azərbaycanın bölgələrini və xarici ölkələri əhatə edir.
Daşınmalar AVRO 6 ekoloji standartlarına cavab verən, MAN markalı, GPS izləmə, video telematika və süni intellekti dəstəkləyən nəzarət sistemləri ilə təchiz olunmuş nəqliyyat vasitələri ilə həyata keçirilir.
Norm Logistics-ə məxsus nəqliyyat vasitələrini idarə edən sürücülər təhlükəsizliklə əlaqəli xüsusivə ixtisaslaşdırılmış təlimlərdən keçiblər. Təhlükəli yüklərin daşınması ilə bağlı sürücülər müvafiq ADR sertifikatına malikdirlər.
Müştərilər saytın “Müştərimiz olun” və ya “Əlaqə” bölməsindən formanı doldurub göndərməklə, eləcə də +994 12 3101010 nömrəsi vasitəsilə xidmət alışı üçün müraciət edə bilərlər.