İnert materiallarının daşınması
Özüboşaldan qoşqular infrastruktur layihələri üçün inert materiallarının daşınmasında istifadə olunur. Çətin relyefli ərazilərə, sərt qrafiklər əsasında vaxtında çatdırılma təmin edilir.
Özüboşaldan qoşqular infrastruktur layihələri üçün inert materiallarının daşınmasında istifadə olunur. Çətin relyefli ərazilərə, sərt qrafiklər əsasında vaxtında çatdırılma təmin edilir.
Kənd təsərrüfatı məhsullarının təhlükəsiz və operativ daşınması həyata keçirilir. Geniş nəqliyyat parkımız və çevik logistika həllərimiz sayəsində mövsümi yüklənmələr zamanı da vaxtında və fasiləsiz tədarük üstünlüyü təqdim olunur.
Sement zavodlarından beton istehsalı müəssisələrinə və iri tikinti layihələrinə sementin daşınması həyata keçirilir. Daşınma zamanı məhsulu keyfiyyəti qorunur. Dəqiq planlaşdırılmış logistika sayəsində müştəriyə vaxtında və stabil tədarük üstünlüyü təmin edilir.
Paletli və böyük kisələrdə məhsulların daşınması xidməti tikinti, sənaye, enerji və neft-qaz layihələrinə təmin edilir. Vaxta və əməliyyat xərclərinə qənaət müştəri üçün üstünlük təmin edir.
Bu xidmət müxtəlif növ təhlükəli yüklərin daşınmasını əhatə edir. Daşınma beynəlxalq təhlükəsizlik standartlarına və yerli qanunvericiliyin tələblərinə tam şəkildə uyğun həyata keçirilir. Risklər xüsusi nəzarət altında saxlanılır və daşınmalara xüsusi təlim keçmiş, sertifikatlı sürücü heyəti cəlb edilir.
Nəqliyyat vasitələrimiz paletli yüklərin qablaşdırılmış materialların, kommersiya yüklərinin və s. daşınmasını həyata keçirir.