İştirak etdiyimiz layihələr

İştirak etdiyimiz layihələr

Norm Logistics müxtəlif təyinatlı – kənd təsərrüfatı, infrastruktur, sənaye, enerji, neft-qaz və tikinti layihələrinə daşınma xidmətləri həyata keçirir. Şirkətin təcrübəsi yol, tunel, körpü və digər inşaat layihələrindən tutmuş beton zavodlarına, enerji infrastrukturuna, suvarma sistemlərinə, aqrar istehsala qədər xüsusi sənaye yüklərinin, iriölçülü və ağırtonnajlı yüklərin, eləcə də kommersiya yüklərinin daşınması istiqamətlərini əhatə edir.

İştirak etdiyimiz layihələrdən bəziləri ilə tanış olun.

Zəfər yolu

İlkin hesablamalara əsasən uzunluğu 101,5 km təşkil edən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinə 2020-ci ilin noyabrında start verilmişdir. Füzuli şəhərindən Şuşa şəhərinə uzanan bu yolun inşası layihəsinə sement daşınmalarının bir hissəsində Norm Logistics də iştirak etmişdir.

Zəfər yolu

Dövlət bayrağı meydanı

Bakının Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkında 2024-cü ildə yeni bayraq dirəyi qurulması çərçivəsində aparılan inşaat işlərinə sementin daşınması Norm Logistics tərəfindən aparılmışdır.

Dövlət bayrağı meydanı

Murovdağ tuneli

Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən avtomobil tunelinin inşasına 2021-ci ilin avqustunda başlanılmışdır. Strateji əhəmiyyət daşıyan və uzunluğu 11,6 kilometr olan bu tunelin inşası layihəsi çərçivəsində daşınmalarda Norm Logistics də iştirak etmişdir.

Murovdağ tuneli

Şirvan suvarma kanalı

Şirvan kanalının yenidən qurulması layihəsinə Prezidentin 15 aprel 2024-cü il tarixli sərəncamına uyğun olaraq başlanılmışdır və tikinti-quraşdırma işlərinin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində daşınmalarda Norm Logistics də iştirak edir.

Şirvan suvarma kanalı